Şəmkirdə QƏZA 83 yaşlı kişi ÖLDÜ

Şəmkir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  
 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.  
 
Şəfi Yusif oğlu Məmmədov “Mercedes-Benz” markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Kamil İsmayıl oğlu Rüstəmovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.  
 
Faktla bağlı araşdırma davam edir.