Beynəlxalq axtarışa verilən 5 nəfər Azərbaycana GƏTİRİLDİ

Cəmiyyət 08:20 08.06.2023
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.
 
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirilir.
 
Qeyd olunub ki, Azərbaycanın cari ilin aprelində imzaladığı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair, habelə bundan əvvəl ratifikasiya olunaraq ölkəmizə münasibətdə ötən ay qüvvəyə minmiş ekstradisiyaya dair Avropa Konvensiyalarına İkinci və Dördüncü Əlavə protokollar bir sıra mühüm dəyişiklikləri, o cümlədən sənədlərin elektron qaydada göndərilməsini özündə ehtiva etməklə, transmilli cinayətkarlıqla mübarizənin gücləndirilməsinə, cinayət işlərində beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir.
 
"Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx işçi əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir.
 
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə və ədliyyə sisteminin, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun müasirləşdirilməsi üzrə tədbirlərin nəticəsidir ki, Avropa dövlətləri ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.
 
Belə ki, təkcə ötən aylarda oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib.
 
Bu günlərdə isə dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir".
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Hamısı