“Qarabağda yenidən həyatın canlanması üçün insanlar mina problemi barədə maariflənməlidirlər” Umud Mirzəyev

Cəmiyyət 12:05 08.06.2023

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı məlumat verib ki, məcburi köçkün ailələrinin birinci qrupu artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə qayıdıb. Bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymaqda davam edir. 2020-ci ildə üçtərəfli Bəyanat imzalandıqdan sonra 302 nəfər minaların qurbanı olub.

Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, mina Azərbaycanın ən ciddi problemlərindən biridir.

“Belə problemlərin bütövlükdə həll olunması üçün dünya ölkələri  həmrəylik göstərməlidir. Azərbaycan iki ildən çoxdur ki öz torpaqlarını işğaldan azad edib. Hələ də Qarabağı minalardan tam təmizlənməyib. Bu proses üçün illər lazımdır.  İnsanlar öz yurd-yuvalarına qayıtmaq istəsə belə mina onlara əngəldir. Azərbaycanın gücünə güc qatılmasına ehtiyac var. Burada həm donorlar, həm də beynəlxalq təşkilatlar mina aksiyası ilə  bağlı prossesə öz qatqısını verməlidirlər”.

Umud Mirzəyev vurğulayıb ki, Azərbaycanda bu sahədə daim ciddi tədbirlər görülür. May ayında “Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda II Beynəlxalq humanitar mina fəaliyyəti konfransı keçirilib. 

“Həmin konfransda yetərincə tanınmış insanlar iştirak edirdilər. Onlar minanın nə qədər ciddi problem olduğunun əyani şahidi oldular. Özüm də bir neçə gündür ki, regionda səfərdə idim. “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri ilə Azərbaycanda səfərdədirlər. Qonaqlar Füzuli şəhərinin yaxınlarında yerləşən ANAMA-nın minatəmizləmə fəaliyyətləri ilə tanış oldular. Telekanalın nümayəndələri yerə basdırılmış həm tank əleyhinə, həm də piyada əleyhinə olan minaları öz gözləri ilə gördülər. Onlar mina problemin nə qədər ciddi olduğunun şahidi oldular. Həmçinin, BAMF-ın tərəfdaşı, “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kühn  kənd təsərrüfatına dəstək məqsədilə “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü ilə minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verir. “Sülhün Kökləri” təşkilatının rəhbəri “Dünya Ərzaq Mükafatı”ndan  aldığı 250 min dollar pul mükafatını ərazilərimizin minalardan təmizlənməsinə dəstək üçün ianə edib”. 

Fondun rəhbəri həmçinin qeyd edib ki,  hazırda müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb edilərək mina ilə bağlı maarifləndirci tədbirlər görülür. 

“Vətəndaşlar risklər və təhlükəsiz davranış haqqında maariflənməli, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat verilməldir. Həmçinin, onlara minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədilməlidir. Bunlarla iş bitmir. İnsanlar minalarla yaşamağı öyrənməlidirlər. Düzdür, ciddi problemlə qarşı-qarşıyayıq, lakin bu o demək deyil ki, insanlar öz evlərinə dönməyəcək. Qarabağda ciddi infrastruktur layihələri həyata keçirilir. Hissə-hissə insanlar köçürülür. Böyük proqram həyata keçirilir. Qarabağda yenidən həyatın canlanması üçün həm torpaqlar təmizlənməli, həm də insanlar maariflənməlidirlər. Mən inanıram ki, insanlarımız tez bir zamanda öz ata-baba yurdlarına rahatlıqla qayıdacaqlar”.

Aysel Şahmar

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı