Dövlət imtahanının ləğvi hansı tələbələrə şamil olunacaq? AÇIQLAMA

“Növbəti tədris ilindən tələbələr dövlət imtahanı verməyəcək”. 
 
Ednews  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib. 
 
O bildirib ki, dövlət imtahanının ləğvi 2023-2024 tədris ilində məzun olanlara şamil ediləcək. 
 
Onun sözlərinə görə, bu il yalnız 4 ixtisas üzrə ali təhsil müəssisələrini bitirənlərə dövlət yekun attestasiyası şamil olunmayacaq:
 
"Bu, təxminən 2500 nəfərə şamil olunacaq". 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO