Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti ilə görüşündə iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.
 
Nazirlər Kabinetinin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.