Leyla Abdullayevanın "Respublikaçı" deputatlara cavab məktubu Fransa KİV-də dərc olundu

Cəmiyyət 16:10 15.06.2023
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın 13 iyun 2023-cü il tarixində Fransanın “Le Figaro” qəzetində “Respublikaçı” deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubu bu ölkənin məşhur “Lopinion” nəşrində dərc olunub.
 
Ednews  xəbər verir ki, məktubda fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olmasının demokratiya və sülh üçün təhlükəli olduğu bildirilib.
 
Qeyd edilib ki, iyunun 12-də “Le Figaro” qəzetinin saytında və iyunun 13-də isə qəzetin özündə "Respublikaçı" deputatlar tərəfindən dərc edilmiş məqalədə Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.
 
Məktubda bildirilib ki, "Respublikaçı" deputatların başlatdığı “həyəcan siqnalı” yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir:
 
"Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər.
 
Xatırlatmaq istərdim ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Ermənistan tərəfindən misli görünməmiş hərbi təcavüz ilə üzləşmiş, bunun nəticəsində beynəlxalq səviyyədə Azərbaycana məxsus ərazilərinin 20 faizi işğal edilmişdir. 
 
Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
 
1993-cü ildə BMT Təhlükəsizlik Şurası, Fransanın da səs verdiyi, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və Ermənistanın işğalçı qüvvələrinin onun suveren ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib".
 
"Ermənistan silahlı qüvvələri tərəfindən törədilən çoxsaylı hərbi təxribatlardan sonra 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına uyğun olaraq öz ərazisini və xalqını müdafiə edərək tarixi ədaləti bərpa etmişdir.
 
Ərazilərinin tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən də məhz Azərbaycan olmuşdur. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə vicdanla hörmət etməsi və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməsi vacibdir”, - L.Abdullayevanın “Lopinion” nəşrində dərc olunan məktubunda bildirilib.
 
Müəllifin məktubunda vurğulanıb ki, məqalədə qeyd olunan Laçın yolu Azərbaycanın suveren ərazisinin bir hissəsidir və Laçın rayonu ilə Azərbaycann Xankəndi şəhəri arasında yerləşir:
 
"Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın yolu müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulub: 
 
“Lakin bu yol Ermənistan tərəfindən qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunmuşdur.
 
Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olub. 
 
Məqalədə Azərbaycan tərəfindən Laçın yolunun qondarma “bağlanması”na istinad edilməsi heç də reallığı əks etdirmir. Azərbaycan Respublikası tərəfindən Ermənistanla sərhəddə 7/24 fəaliyyət göstərən və erməniəsilli azərbaycanlı sakinlər tərəfindən istifadə edilən keçid məntəqəsi yaradılmışdır.
 
KİV-də yayımlanan çoxsaylı video və fotoların da sübut etdiyi kimi hər iki istiqamətdə sərbəst və təhlükəsiz hərəkət Azərbaycan tərəfindən təmin edilir. Bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarında erməni tərəfinin iddia etdiyi qondarma “bağlanma”ya heç bir istinad edilmir və bu da bu saxta ittihamın heç bir əsası olmadığını sübut edir.
 
Məhkəmənin qərarına əsasən, Azərbaycan Laçın yolu ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək məqsədilə öz milli ərazisində nəzarət-buraxılış məntəqəsi yaradıb".
 
"Bundan əlavə, sağçı "Respublikaçıların" nümayəndələrinin bu çağırışı hətta Ermənistan hökumətinin indiki siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə, xüsusilə 2023-cü il mayın 16-17-də Reykyavikdə keçirilən Avropa Şurasının Zirvə toplantısı zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla bağlı bəyanat verib. 
 
Bu mövqe Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən mayın 14-də Brüsseldə keçirilən görüşün yekununda verilən bəyanatda da bir daha təsdiqlənmişdir. Nəhayət, bu məqaləyə imza atan şəxslər, eyni zamanda, xristian mədəniyyətini dəstəkləməyin vacibliyini qeyd edir. 
 
Bu xüsusda, xatırlatmaq istərdik ki, Azərbaycan dünyəvi, çoxkonfessiyalı və multikultural ölkədir. Azərbaycan, müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu tam əmin-amanlıq şəraitində yaşadığı unikal birgə yaşayış modelini təqdim edən ölkədir.
 
Eyni zamanda, Azərbaycan, xüsusilə müxtəlif ölkələrdə, o cümlədən Fransada xristian irsinin qorunub saxlanmasına töhfə vermək kimi dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verməklə bağlı konkret fəaliyyətlərə imza atıb. 
 
Davamlı sülh bütün region xalqlarının, o cümlədən Ermənistan xalqının gələcəyi üçün mütləq zərurətdir və yalnız beynəlxalq hüquqa və götürülmüş öhdəliklərə hörmət bizi bu tarixi məqamda çox yaxın olduğumuz bu məqsədə doğru apara bilər".
 
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Hamısı