Bayram günlərində (iyunun 26-dan iyunun 30-u daxil olmaqla) respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yol qəzaları nəticəsində 12 nəfər həyatını itirib.