Şabran şəhər, Tofiq Abbasov adına 1 nömrəli məktəbin tarix müəllimi, jurnalist Rəna Məmmədova vəfat edib.
Ednews xəbər verir ki, bu barədə mərhumun yaxınları öz paylaşımlarında qeyd edib.
Bildirilib ki, Rəna Məmmədova 2-3 gün olar ki, xəstəxanada müalicə alırmış. Onun təzyiqinin qalxdığı və komaya düşdüyü bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Rəna Məmmədova İTV-də yayımlanan “Milyonların şousu”nda iştirak etmiş, 5 min manat qazanmışdı.