Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb.
Ednews xəbər verir ki, 360 zəvvarı gətirən iki təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Zəvvarların qayıdışı iyulun 11-dək davam edəcək.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib. Bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.