Havanın qeyri-sabit keçməsinin səbəbi nədir?

Cəmiyyət 16:25 05.07.2023
İqlimşünas alimlər yüksək ehtimal ilə müxtəlif təbii fəlakətlərin artan tendensiyası barədə xəbərdarlıq edirlər, bunun səbəbi isə qlobal temperaturun artması, yerin kriosferindəki dəyişikliklərdir. Qütb və yüksək dağlıq bölgələrdə baş verən istiləşmə bütün planetə təsir edir. Bütün bu proseslər isə bizim regiondan da yan keçmir.
 
Ednews  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulun 4-də növbəti sel hadisəsi Quba rayonu ərazisində Vəlvələçayda müşahidə olunub:
 
“Eyni zamanda proseslərin lokal xarakter daşıması, kiçik bir ərazini əhatə etməsi, həmçinin çox intensiv olması bir daha diqqəti cəlb edir. Belə ki, dünən Qubanın mərkəzində olarkən leysan səbəbindən kəndlərin birində sel hadisəsinin baş verdiyini tam ehtimal etmək olmazdı. Bu sel, aprel ayının əvvəlindən bu günə qədər son illərin rekordlarını qıran sayca 83-cü sel hadisəsi olub”.
 
Xidmət rəisinin sözlərinə görə, hətta bu ilin yazında Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, El Niño fenomeninin aktivləşməsi proqnozlaşdırılırdı:
 
“Bu, antropogen iqlim dəyişmələri fonunda baş verən təbii hadisədir ki, bu da qlobal temperaturun artmasına səbəb olur, mövsümi yağıntıların normalarına təsir edir və atmosfer havasını daha ekstremal edir. Artıq planetin tarixində bu ilin ən isti illərdən biri olacağı proqnozlaşdırılır. Bu səbəbdən bölgəmizdə isti hava dalğalı dövrləri də müşahidə olunacaq.
 
Bu il Ümumdünya Meteorologiya Konqresi sürətli iqlim, sosial və texnoloji dəyişikliklər dövrü üçün yeni, əsas strateji prioritetləri təsdiqləyib. ÜMT-in əsas məqsədi 2027-ci ilin sonuna qədər Yer kürəsində hər bir insanın Erkən Xəbərdarlıq Sistemləri vasitəsilə təhlükəli hava hadisələrindən qorunmasını təmin etmək üçün beynəlxalq kampaniyanın həyata keçirilməsi olacaq”.
 
Nazim Mahmudovun sözlərinə görə, ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi mərhələli şəkildə aparılır. Dövlət investisiyaları hesabına müşahidə şəbəkəsi avtomatlaşdırılır, eyni zamanda meteoroloji stansiyalarımızdan məlumatlar həm beynəlxalq, həm də regional məlumat mübadiləsinə ötürülür:
 
“Eyni zamanda, beynəlxalq əməkdaşlıq daha da genişlənir. Çoxillik tərəfdaşlarımız olan Türkiyə Meteoroloji Xidməti ilə yanaşı, Tvinninq layihələri çərçivəsində mütəxəssislərimiz Finlandiyanın qabaqcıl Meteoroloji Xidmətlərindən birində təlim keçirlər”.
 
Xidmət rəisi onu da qeyd edib ki, bu ilin sonuna qədər yeni SmartMet platformasının işə salınması planlaşdırılır ki, bu da hava şəraiti ilə bağlı yenilənmiş proqnozlar və xəbərdarlıqların keyfiyyətini və əlçatanlığını artıracaq:
 
“Meteo.az saytı əhali üçün rəsmi məlumat mənbəyidir. Dopler radar məlumatlarına əsaslanan təhlükəli hidrometeoroloji hadisələrlə bağlı xəbərdarlıqların yenilənməsi də burada yerləşdirilir. Ümid edirik ki, gözlənilən hava şəraiti haqqında məlumatlar planlarınızı düzgün qurmağa kömək edəcək”.
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Hamısı