Ağcabədi rayonunun Rəncbərlər kəndində ev şəraitində təşkil olunan məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Ednews xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda bildirilib.
İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.
"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.