“Azərbaycanın əksər ucqar bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında vəkil çatışmazlığı yaşanır”.
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Fazil Mustafa səsləndirib.
“Bunun bir səbəbi var. “Vəkillik haqqında” qanunun 8-ci bəndində vəkillər üçün 3 illik iş stajı tələbi nəzərdə tutulub.
Bu absurd tələbdir. Heç Türkiyədə də belə tələb yoxdur. Düşünürəm ki, bu müddəanın ləğv olunması lazımdır. Bununla da ucqar bölgələrdə vəkil çatışmazlığı yaşanmaz”, - deyə deputat qeyd edib.