Meşəli kənd sakini Nurməmmədova Çiçək Vaqif Xaçatryanın cinayətlərindən danışıb. O, həmin gecədə ailəsinə verilən əzab və işgəncələrdən danışıb. Qadın bildirib ki, həmin gecə ailəsinin 5 üzvü şəhid olub.
Ednews xəbər verir ki, şahidlər bu barəd AzTv-yə danışıblar.
“Atam,anam, 2 bacım və qardaşım həmin gecə şəhid oldu. Həmçinin qaynatam və qaynanam da Xaçaturyan separatçısının qruplaşması tərəfindən öldürülüblər ”,- deyə işgəncələrə məruz qalan azərbaycanlı qadın bildirib.
Qeyd edək ki, iyulun 29-da Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Daha ətraflı video – süjetdə: