Bakı Metropoliteninin "Həzi Aslanov"-"Dərnəgül" xətti ilə hərəkət edən qatarı tuneldə qalıb.
Ednews xəbər verir ki, hadisə qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkətdə olarkən yaşanıb.
Maşinist yubanmanın texniki səbəbdən baş verdiyini bildirib. 7 dəqiqəyə yaxın davam edən dayanmadan sonra qatar yenidən yoluna davam edib.