Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-iyul aylarında 130,9 milyon manatlıq məhsul istehsal olunub.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2 faiz azalıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,5 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə artmış, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb.