Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.
Fövqəladə Hallar Nazirliyindən Ednews-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub.
Ednews xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.