“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Qaradağ Gənclər Evində tədbir keçirib

Cəmiyyət 19:17 09.09.2023

8 Sentyabrda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Qaradağ Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında tədbir keçirib.
Ednews xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub. 
Tədbiri giriş sözü ilə açan Qaradağ Gənclər Evinin nümayəndəsi Şahmar Hüseynov qonaqları və iştirakçıları salamlayaraq “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin aktuallığını diqqətə çatdırıb. 
Daha sonra çıxış edən  İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə və Qaradağ Gənclər Evinin heyətinə minnətdarlığını bildirib. O, qeyd edib ki, “sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan gənclər evlərinin əsas benefisiarları olan gənclər üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsində böyük fayda var”.
“Təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər, əsasən də Hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər  sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir” – deyə Z. Nəbiyeva bildirib.
Çıxışçı qeyd edib ki, “xroniki xəstəliklərin müalicəsinə və yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından qat-qat baha başa gəlir. Əksər hallarda xronikiləşən xəstəlikləri üzün müddət, hətta ömür boyu  nəzarət altında saxlamaq və müalicə etmək lazım olur. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin effektiv yolu önləyici profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə aparılmasıdır. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə viral hepatitlər, vərəm və QİÇS kimi xəstəliklərdən qorumaq üçün zəruri bilgilərə yiyələnməsidir”.
Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər, həmçinin icbari tibbi sığorta xidmətlərindən istifadə qaydaları barədə ətraflı məlumatlar və tövsiyələr verib. Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub. 
Vərəm xəstəliyi barədə təqdimatı isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb. Vərəmin sağalan xəstəlik, hökm deyil diaqnoz olmasını iştirakçılara ötürüb. Ən önəmlisi isə vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbə müalicəsi mümkün olmayan vərəm formalarının yaranma səbəbi olduğunu izah edib.   
İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. 
Tədbirin sonunda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanıb. 
Həmçinin, “Veysəloğlu Distribusiya” şirkətinin şəxsi gigiyena və təmizlik üzrə “Dex”  markasının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr – maye sabunlar verilib. 
Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə Qaradağ Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər də təqdim olunub. 
Layihə çərçivəsində növbəti tədbirin Xəzər Gənclər Evində keçirilməyi nəzərdə tutulub.



















Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İran yeni neft-qaz yataqları kəşf edib
İran yeni neft-qaz yataqları kəşf edib
11:05 10.05.2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:45 10.05.2024
Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hamısı