Məktəb direktoruna qulaq asmayan valideynlər, ağlayan birincilər – İLK DƏRS GÜNÜNDƏN REPORTAJ - FOTOLAR

Cəmiyyət 11:52 15.09.2023

Ednews Oğuz Ayvazın Bilik Günü ilə bağlı “280 nömrəli” məktəbdən yazdığı reportajı təqdim edir:

Yollar əli çiçəklə, məktəb paltarı geyinən balacalarla dolub daşır. Yolun kənarında şar satan dükan sahibləri, qarşılarında da valideynlərin uzun növbəsi... Qızım əlimi tərpədir:

- Ata, sayı unutduq, ayaq

Yoldaşım cəld növbəyə girir. Hay-küy qopub, doldurulan şarlar partlayır, analar köks ötürür, uşaqların gözü şarlarda gəzişir.

Məktəbə gedən yolda analar, atalar uşaqlarını məktəbə aparırlar. 

Yolum 280 saylı orta məktəbədi.

Hövsanın ən böyük məktəblərindən biri.

Bu gün mənim üçün də özəl gündür. Qızım, Ceyran birinci sinfə başlayır, elə özüm də onunla məktəbə təzədən qayıdıram. 

Məktəbin qarşısı qələbəlik, səs-küylüdür. Darvazanın qarşısında valideynlər uşaqları ilə növbə pozur, aləmi bir-birinə qatırlar. Dəmir barmaqlıqlardan keçib məktəbin həyətinə keçirəm.

- Ay, valideynlər, bu uşaqları evdə döyürsünüz, məktəbə gətirəndə əzizləyirsiniz. – Gonbul müəllimlərdən biri deyir bunu. Niyə belə dediyini bilmirik. Söhbətdən xəbərsizik.

- Geri çəkilin, növbəni pozmayın - Başqa bir müəllim valideynlərə təpinir.

Səbirsiz analar, atalar da onlarla birgə məktəbə girməyə çalışır. Amma onlara giriş qadağandır. Rəngli şarlar, qızıl güllər məktəbin fonunu rəngləyir. 

Qələbəlik sürətlə artmaqdadır. Elə bu an məktəbin direktoru səhnəyə çıxır və səsi zəyif eşdilir. Valideynlərin səs-küyü onun nə deməsinin qarşısını alır. Öz-özünə danışır, amma heç kim eşidə bilmir. Alqış səsi də gəlmir. 

- Ağlayan uşaq tapdım, çək bunu! – Yoldaşım məni səsləyir. 

Məktəbli uşağa bir də baxıram. Ağlamaq istəyir, amma göz yaşları yanaqlarından süzülmür.

Müəllimlər bir qayda olaraq öz siniflərindəki uşaqları cərgəylə düzür, təlimat verirlər. Yavaş-yavaş uşaqlar yerlərini alırlar. Üzlərində eyni ifadə var: qorxu, utancaqlıq, yorğunluq.

Qızımın müəllimi ilə tanış olurum. Çox sadə, uşaqlara diqqətcil olmağı gözümdən yayınmır.

- Müəllim, müasir, internet dövrünün uşaqlarına tədris necə keçəcəksiz?

- Yuxarı siniflərə başa salmaq olur, amma birincilərə çətindi. Uşaqdılar da.

Uşaqlar əllərində Azərbaycan bayraqları əsgər sayaq düzülüblər. Birdən himnimiz çalınmağa başlayır.

Hamı xorla "Azərbaycan" deyir. Bayrağı yuxarı qaldıra bilməyən birinciləri müəllimləri tənbeh edir: “Yuxarı qaldırın, yuxarı.”

Aralarına qoşulub himnimizi oxuyuram. Qəribə hisslər keçirdirəm. Sıraya keçirəm. Himdən sonra hər yeri sükut doldurur.

Gənc müəllimlər diqqətimi çəkir. Gözlərindən müəllim kimi ilk iş gününün həyəcanı duyulur. Uşaqların bir-bir gözlərinə baxıram. Rəngli, şaşqın, qayğılı gözlər...

Uşaqları tamaşa elədikcə ilk dərs günüm yadıma düşür. Məktəbə Tiflisdə getmişəm. Qorxaq olduğumdan bacımla bir qoyublar. Ona görə də Tiflis mənim uşaqlıq şəhərimdi. Kimsə o şəhərdən danışanda dilim topuq vurur, həyəcanlanıram.

Rəngli çantalar geyinmiş uşaqların bəziləri gözümə yuxusuz görünürlər. Yəqin gecə məktəbin xofundan yaxşı yata bilməyiblər.

- Adın nədi sənin? - bir qız uşağından soruşuram.

Üzündə təbəssümlə cavab verir:

- İnci

- Nə gözəl adın var. Hərfləri öyrənmisən?

- Nənəm bütün hərfləri öyrədib. Deyim?

Başına tumar çəkib gözümü digər uşaqlara tuşlayıram. Aralarında kök bir uşaq diqqətimi çəkir.

- Neçə yaşın var?

- Üç... - əliylə də göstərir.

- Dərslərini oxuyacaqsan?

- Çantamda hər şey gətirmişəm.

Müəllimlərdən biri ağlayan uşağı sakitləşdirir:

“Narahat olma, oğlum, anan gələcək indi”.

Növbəylə uşaqlar siniflərinə daxil olurlar. Birincilərin sinif otaqlarını gəzirik. Günəşin bərq vuran gur şəfəqləri sinifləri işıqlandırır. Ağlamaqdan gözləri qıpqırmızı olan bir qızı görürəm.

- Niyə ağlayırsan? Məktəb xoşuna gəlmədi?

- Eee, evə getmək istəyirəm.

- Ev maraqsızdı, məktəb maraqlıdı. - təsəlli verməyə çalışıram.

Siniflərin birində Həmid Herisçiyə bənzər uşaq görürəm. Eynəyi, saçları, xırda gözləri eynən bizim Həmid müəllim. 

- Şeir bilirsən?

Gözlərini yerə dikib susur.

- Bilirəm.

- Hansı şeir?

- Ay pipiyi qan xoruz.

Qızımın ağlamağa başlayır:

- Evə gedəy... Çox uşaq var...

- Yaxşı olacaq, qızım, məktəb...

- Eee, ənna, gedəy...

Ayağını yerə vurur:

- Evə getmək istəyirəm!

Sinfilərin birində müəllim, şagirdlərinə ilk dərs gününün mövzusu barədə məlumat verir:

"Bilik gününüzü təbrik edirəm. Uşaqlar, bu gün önəmli gündür. Siz məktəbə ilk addımlarınızı atırsınız. Bu yolda sizə uğurlar arzu edirəm”. 

Siniflərin birinə keçir, arxa oturacaqların birində özümə yer tapıram. Yanımdakı balaca oğlan mənə baxır. Gözlərində yazılanı oxudum: "Xeyirdi? Sən niyə oturmusan burda?"

- Ən çox hansı oyuncaq xoşuna gəlir? - vəziyyəti yumşaltmaq üçün soruşuram.

- Sənə nə?! - gözlərində qəzəb işarəsi...

Sakitcə sinifdən çıxıram. Son dəfə çönüb ona baxıram. Hələ də sifət edir mənə.

Birdən baş redaktorum yadıma düşür. Bu qədər gəzməyin adı yoxdur, getmək vaxtıdır. Redaksiyaya çatıb reportajı yazmalıyam. Məktəbdən çıxıb telefonumda Lalə Məmmədovanın “Məktəb illəri” mahnısını qoşuram. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı