Azərbaycan və Türkiyənin səfirləri Parisdə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirər ilə görüşüb.

Ednews xəbər verir ki, bu barədə L.Abdullayeva X hesabında paylaşım edib.

Görüş Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.

Səfir türkiyəli həmkarına diplomatik fəaliyyətində uğurlar arzulayıb.