Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yaydı

Cəmiyyət 12:47 20.09.2023

“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha altı vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər”.

Bu barədə Ednews-a  Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

“İkinci Qarabağ müharibəsi bitən gündən bəri - 10 noyabr 2020-ci ildən bu günədək 320 Azərbaycan vətəndaşı 2020-23-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin üç ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.

Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir”, - bəyanatda qeyd olunur.

Həmçinin bildirilir ki, bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir:

“Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirlərinə başlayıb”.

“İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır.

Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.

Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq.

Biz, dünya azərbaycanlıları doğma vətənimiz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda bildirilib.

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Hamısı