Quba-Qonaqkənd yolunun rayonun İkinci Nügədi kəndindən keçən hissəsində 2 avtomaşının toqquşması 2 nəfərin xəsarət alması ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, "Qazel" markalı avtomaşınla "VAZ-2106" markalı avtomobilin törətdiyi qəzada yaralanan şəxslər Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.