Vaqif Xaçatryanın vəkili dəyişdirilib.
Ednews xəbər verir ki, Xaçatryanın bundan əvvəlki müdafiəçisi Natiq Bəybalayev səhhətində problemlər yarandığına görə müttəhimi müdafiə etməkdən imtina edib.
Qeyd edək ki, Vaqif Xaçatryana hazırda Radmila Abulova vəkillik edir. Müttəhim Abulovanın onu müdafiə etməsinə razılıq verib.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.
Ednews xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən Vaqif Xaçaturyanın ittiham aktının elan etməsi gözlənilir.
Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.