Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidə yerləşən ofisi bağlı deyil.
Ednews xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
“Bu ofis bu gün də fəaliyyət göstərir. Onun heç vaxt Ermənistanla əlaqəsi olmayıb. Regionda yerləşən idarələr bizimlə daim əlaqə saxlayırdı. Hazırda ofisimiz bağlı deyil, Qarabağda fəaliyyət göstərir”, deyə o, qeyd edib.