1990-2020-ci illərdə BQXK Azərbaycan və Ermənistan arasında 700-ə yaxın saxlanılan şəxsin mübadiləsində iştirak edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı BQXK-nın Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxsə görə məsuliyyəti saxlayan tərəf daşıyır.