“Azərbaycandan Ermənistana yolu azaraq keçən iki əsgərimizə 20 il həbs veriblərsə, cinayətkar Vaqifə ömürlük həbs cəzası verilməlidir”.
Ednews xəbər verir ki, bunu Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Nemət Rəcəbov bildirib.
Xaçatryan isə ittihamlara cavab olaraq “Mən Meşəli soyqırımında iştirak etməmişəm. Kim mənim əlimdə silah görüb?”, - deyə qeyd edib.