BAMF-da Zəngəzur mahalı Qarakilsə rayon icması ilə görüş keçirilib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi və Zəngəzur mahalı Qarakilsə rayon icması ilə görüş keçirilib.
Ednews xəbər verir ki, görüşdə Qarakilsə rayonunun təmsilçiliyinin gücləndirilməsi, gələcək fəaliyyət planları geniş müzakirə olunub, təkliflər dinlənilib.
İcmanın idarə heyətinin, ağsaqqallar, gənclər qruplarının formalaşması, nümayəndələrin seçilməsi məsələləri barədə icma üzvləri öz fikirlərini bildiriblər.
İclasda görüşün təşkilatçısı olaraq BAMF prezidenti Umud Mirzəyev, Qarakilsə rayon icma sədri, professor Nadir Qəhrəmanov, Tahir Quliyev, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Akademik Elşad Qurbanov, professor Məmməd Yaqubov, Sədrəddin Atakişizadə, Həzi Nəbiyev, Əkbər Məmmədov, Zamin Kərimov, Əfruz Eylazova Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zəhra Quliyeva, Qaçqınlara və Deportasiya olunanlara Dayaq İctimai Birliyinin sədri Oktay Sadıqov, Qarakilsə rayonu üzrə kəndlərin icma sədrləri Rəhilə Abdullayeva, Aqif Baxşəliyev, Azadə Novruzova, İsmayıl Rzayev, Zahid Rəhimov, Rövşən Məmmədov və digər icma üzvləri iştirak edib.
İclasdan fotoları və video-görüntüləri təqdim edirik.
Əkbər Novruz