Azərbaycan Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində “Türk dünyasının birliyində Heydər Əliyev amili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Ednews xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində keçirilir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra hazırlanmış videofilm nümayiş etdirilib.
Tədbirdə “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıdığı qeyd edilib.
Oğuz