“Azərbaycanda metronu məhv edən Tağı Əhmədov oldu. Bir gecədə 3 milyon dolları MTN generalı Akif Çovdarova verən, "Sahil" stansiyasının üzərində hündürmərtəbəli bina tikilməsinə imkan verən bu adam ən azı 10 stansiyasının pulunu yeyib bəlkə də”.
Ednews xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı özünün facebook hesabında yazıb.
“Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq. Bunu Metropoliten də təsdiqlədi. Əslində isə indiyədək bu qədər stansiya tikilib istifadəyə verilməli idi. Ən azından 50 ola bilərdi. Hazırda isə cəmi 28 stansiyamız var.
İndi xəstədir, ağır durumdadır deyirlər. İnsanların rahatlığı üçün ayrılan pulları yeyib dağıdanda bilməliydin axı halal-haram nədir. Dünyada elə ölkələr var ki, ildə bir-iki metro stansiyası tikir. Azərbaycanda isə bir stansiyaya 10 ilə yaxın vaxt gedir. Məsələn, Ceyhun Səlimov küçəsini Tağı Əhmədov 8 il bağlı saxladı ki, metro tikirəm. Hansı ki, Abid Şərifovu aldadıb 3 ilə stansiya hazır olacaq demişdi”.
Oğuz