Xorvatiya minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyətindədir.
Ednews xəbər verir ki, bu barədə fikirlər Prezident İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü zamanı səsləndirilib.
Xorvatiyanın bu niyyətində müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.