Hacıqabulda baş verən yol qəzası zamanı ölən şəxslər məktəblilər olub.
Ednews “apa.az”a istinadən xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi "Toyota Prius" markalı avtomobil idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə ola məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüb.
Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.