Mina qurbanları və QHT-lər AŞPA Prezidentinə açıq məktub göndəriblər - FOTOLAR

Cəmiyyət 11:05 22.11.2023

Mina qurbanları və bu sahədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları (QHT) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa və AŞPA deputatlarına açıq məktub göndəriblər.

Ednews məktubun mətnini təqdim edir:

"Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının Prezidenti cənab Tini Koksa, AŞPA deputatlarına Açıq Məktubla müraciət edirik. Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik.

AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir.

AŞPA nümayəndələrinin bu davranışı Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla, iyrənc hərəkətdir.

Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal edilirdi. 2020-ci ildə 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Biz unutmamışıq ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq fəalliyyətini davam etdirməsini müdafiə etdi. 2023-cü ilin 19-20 sentyabrında uğurlu antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Bu o deməkdir ki, son 3 ildə Azərbaycan ərazilərinin minalanması 1 gün də olsun dayanmayıb, əksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermənistanın mina istehsal edən ölkələr siyahısına daxil etməsi bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə tapmaq çətindir. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi.

Buna görə də mina qurbanları Avropa Şurasının bu utancverici münasibətindən, Azərbaycana qarşı ikili standartlarından təəccüblənmir. Ötən dövrdə Avropa Şurası Parlament Assambleyası bir dəfə də olsun üzv dövlət kimi Ermənistana Azərbaycan torpaqlarından hərbi birləşmələrini geri çəkməyə, mina xəritələrini təhvil verməyə çağırış etmədi. 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün ötən illər ərzində Avropa Şurası Parlament Assambleyasında kök salan islamafobiyanın, ksenofobiyanın, azərbaycanafobiyanın, lobbi və korrupsiya şəbəkəsinin qurbanı oldu, onların insan hüquq və azadlıqları Fransada mənzillənmiş beynəlxalq təşkilatda heçə sayıldı.

Bizim müraciətimizdən sonra da Avropa Şurası Parlament Assambleyasının Prezidenti kimi siz buna susacaqsınızsa, daha insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqqınız olmamalıdır.

Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Biz də insanıq, bizim də hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır".

İmzalar:

1. Qasımov Rey - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri;

2. Səfixanov Hafiz - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri;

3. Mirzəyev Umud – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti;

4. Minadan zərərçəkən Məmmədov Zabil Əlastan oğlu;

5. Minadan zərərçəkən Məmmədzadə Vidadi Vəli oğlu;

6. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;

7. Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgər oğlunun ailə üzvü

Əhmədov Ələsgər Əziz oğlu;

8. Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;

9. Minadan zərərçəkən Xudiyev Asəf Mürsəl oğlu;

10. Minadan zərərçəkən Babayev Ramil Nazim oğlu;

11. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;

12. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;

13. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

14. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firuddin oğlu;

15. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfüqar oğlu;

16. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;

17. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;

18. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;

19. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil oğlunun ailə üzvü Babayev Fədakar Qabil oğlu;

20. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;

21. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;

22. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;

23. Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;

24. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;

25. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim Allahverən oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;

26. Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

27. Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oğlu;

28. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;

29. Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;

30. Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;

31. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abış oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;

32. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;

33. Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;

34. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvər Sovet oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;

35. Minadan zərərçəkən Əbilov Mahir Ramiz oğlu;

36. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firuddin oğlunun ailə üzvü Qəndiyev Firuddin İsmayıl oğlu;

37. Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oğlu;

38. Mina zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

39. Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;

40. Minadan zərərçəkən Əliyarov Sadir Heydər oğlu;

41. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

42. Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram oğlunun ailə üzvü Alışov Nəsib Oktay oğlu;

43. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu;

44. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;

45. Minadan zərərçəkən Novruzov Ruhin Ələddin oğlu;

46. Minadan zərərçəkən Cəfərova Tamam Aslan qızı;

47. Minadan zərərçəkən Babaşov Xəzər Tarıyel oğlu;

48. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;

49. Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oğlu;

50. Minadan zərərçəkən Əsgərov Məsim Həsən oğlu;

51. Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;

52. Minadan zərərçəkən Sadıxov Samir Sabiroviçin ailə üzvü Sadıxov Eldar Sabiroviç;

53. Minadan zərərçəkən Quliyev Fərhad Hüseynağa oğlunun ailə üzvü Quliyev Famil Hüseynağa oğlu;

54. Minadan zərərçəkən Həsənov Zaməddin Qələndər oğlu;

55. Minadan zərərçəkən Əbilov Famil İlyas oğlunun ailə üzvü Əbilov Amil İlyas oğlu

56. Minadan zərərçəkən Nurəliyev Elçin Xanbala oğlunun ailə üzvü Nurəliyev Əhmədağa Xanbala oğlu;

57. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

58. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun ailə üzvü Hüseynov Vüsal Asif oğlu.

625d9f1a-d147-4ace-8d1d-11c7f7036321.jpg

53367bfb-eff2-4271-8578-da9f6f4fe843.jpg

e5aacc08-78d6-4498-8a82-97c3add4ef2a.jpg

d166d763-5ba5-4d95-9360-144479f848fb.jpg













BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Hamısı