Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olublar.
Ednews xəbər verir ki, BAMF prezidenti Umud Mirzəyev qonaqları qarşılayıb. Onlara fondun yaranması, fəaliyyəti, missiyası haqda məlumat verib.
Baş tutan görüşdə siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət, İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti Mustafa Caner, “Minadan Azad Sarayeva” layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktor müavini Mariya Trlin, BAMF-ın əməkdaşı, hollandiyalı yazıçı Henri van Rens, NATO Təhlükəsizlik İnvestisiya Proqramının rəhbəri Engin Özdemir iştirak edib.
Görüş ərzində Umud Mirzəyev 90-cı illərdə Qarabağda yaşanan vandalizmdən, dövrün ağır siyasi proseslərindən, eyni zamanda Qərbi Azərbaycan İcması haqda qonaqlarla fikir müzakirəsi aparıb. Müzakirələr sual-cavab formatında davam edib.
Vurğulanıb ki, dünya ictimaiyyəti Qarabağda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə baş vermiş tarixi faktlardan xəbərdar olmalıdır.
Qeyd edək ki, 2 gün davam edən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı forumda müxtəlif ölkələrdən 10-dan çox xarici ekspert iştirak edib.
Oğuz