Baş verən hadisələrlə bağlı Azərbaycan Respubliakasının Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.
Ednews xəbər verir ki, qurumun müraciətdə deyilir:
"Təyin edilmiş yerlərdən, yollardan, cığırlardan çıxmayın. Mina xəbərdaredici nişanlara, məlumat lövhələrinə diqqət edin. Naməlum və şübhəli əşyalara toxunmayın. Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın. Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın. Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir!"