Qusarda sərnişin mikroavtobusu Avaran kəndi ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Ednews xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 15 nəfərdən 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qusar rayonunun Xürel kənd sakinləri olan yaralıların adları:
- Lamunat Misənnif qızı Bədəlova,
- Milyanə Vəzirxan qızı Şeyxzadəyeva,
- Ruslan Əmiraslan oğlu Əmirslanov,
- Əfsanə Mövlud qızı Feyziyeva,
- Liana Nəriman qızı Mixayılova,
- Aysel Mais qızı Cavadovadır.
***
Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
"Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub", - TƏBİB-dən bildirilib.