Rusiya paytaxtı Moskvaya dron hücumu olub.
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat verib.
"Odintsovo şəhər dairəsində hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarənin hücumunu dəf edib. İlkin məlumatlara görə, həmin yerdə dağıntı və zərərçəkən olmayıb. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir” – Sobyanin bildirib.