Milli Məclisin plenar iclasında ordunun “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı müqavilə əsaslı ordu quruculuğuna keçmək təklif olunub. Həmçinin pensiyaya çıxmaq üçün minimum xidmətçəkmə tələbinin 25 ilə çatdırılması da müzakirə olunub.
Bəs Azərbaycanın siyasi vəziyyəti bu qərarı qəbul etmək üçün uyğundur?
“Təbii ki, praktikada illərin təcrübəsi ilə peşəkarlaşmış ordu üzvləri 18 yaşlı yeniyetmələrdən daha effektiv olar”.
Bu sözləri Ednews-a hərbi ekspert Azər Bayramov deyib. Ekspert həm də bildirib ki, pensiya üçün xitmədçəkmə müddətinin 5 il artırılması peşəkar ordu qərarından irəli gəlir:
“Müqavilə əsaslı ordu tipinə keçilməsinin perspektivlər əvvəlcədən görünür. Mövcud vəziyyətdə ordu haqqında qərarın qüvvəyə minməsi hələ ki, sual altındadır, bunu zaman göstərəcək. Ola bilsin ki, qərarın qəbul edilməsi sülh müqaviləsinin bağlandıqdan sonra baş verə bilər. Müqaviləyə əsaslı ordu tipinə keçiddən sonra pensiyaya çıxmaq üçün xidmətçəkmə ilinin 25 ilə qədər artırılması olduqca məntiqlidir. Bu demək olar ki, peşəkar orduya sahib bütün ölkələrdə belədir.
Ordumuz nə qədər tez bir zamanda peşəkar ordu sisteminə keçərsə o qədər yaxşı olar. Aydındır ki, dünyanın bütün güclü ölkələrində peşəkar ordu mövcuddur. Məncə, Azərbaycanda bunu Türkiyə modeli kimi həyata keçirmək mümkündür. Ən asası budur ki, Azərbaycan artıq Qarabağı işğaldan azad edib və ölkənin ərazi süverenliyi bərpa olunub. Bundan sonra, məncə, ordunu peşəkar orduya keçid etmək məqsədəuyğundur. Bu, ordu tərkibində döyüş hazırlığının təkminləşdirilməsi baxımından mübət bir haldır”.
Fərid Axund