“Soyuq əllər, isti ürək” yarmarkasından REPORTAJ - FOTOLAR

Cəmiyyət 13:30 26.12.2023

Ednews Oğuz Ayvazın “Soyuq əllər, isti ürək” yarmarkasından yazdığı reportajı təqdim edir.

Yolkanın böyür-başına yığışan xeyli adam var. Onlar gah yolkanı videoya çəkir, çəkə-çəkə nəsə danışır, gah bir-birilərini səbəbsiz yerə vurub qaçır, gah da yolkanın budaqlarındakı rəngli oyuncaqları oynadırdılar. Gözümü qıyıb bu mənzərəni sulu boya ilə çəkilən rəsm əsərinə bənzədirəm. 

İki qız ayaqlarını xaç şəklində əyib dodaqlarını büzərək selfi çəkdirirdilər. Ard-arda şəkil çəkəndə başları da ritmik olaraq sağa və sola çevrilir, təbəssümlərin yeri dəyişir, hərdən qaşları yuxarı dartılır, hərdən də gözlərini irilədib obyektivə süni sevgiylə baxırdılar. Selfi bir neçə dəfə alınmadı, qızlar əsəbiləşib ufuldadılar, təzədən ayaqlarını xaç işarəsi sayaq dartıb dayandılar və bayaqkı süni təbəssümü də üzlərinə qondurub domba gözlərlə obyektivə baxdılar.

“Soyuq əllər, isti ürəklər”də seyrəklik idi, tək-tük adam gözə dəyirdi. Az-maz yağış yağmağa başladı. Mərmər döşənmiş yarmarka yağışın altında mirvari dənələrinə bənzəyirdi. Hər yeri tüstü bürümüşdü. Elə bil İngiltərə Premyer Liqasında keçirilən bir oyunu izləyirdin. 

Şabalıd qovuranların yanında dayandım. Burdakı tüstü o biri tüstülərdən fərqlənirdi.

“Neçəyə satırsınız?”
“100 qramı 3 manat”.
“Alver var?”
“Belə də. Buna da şükür”.
O biri tərəfdə “Südlü mısır” yazılan piştaxta vardı.
“Necədi ki bu?”
“Südlə mısırı qarışdırıblar da” – oğlan tərs-tərs cavab verdi.
“Neçəyədi?”
“Bir qabı 4 manat”.
Yeni il oyuncaqları ilə bəzənmiş piştaxtaya yaxınlaşıram. Satıcı qız piştaxtanın tən ortasında qollarını qabağında şagirdtək birləşdirib darıxırdı.
“Neçəyədi bunlar?”
“Bizdə kofedi”.
“Bu oyuncaqları satmırsınız?”
“Yox”.
“Kofeler neçəyədi?”
“Orda var da” – menyunu göstərdi.
“Ən ucuzu hansıdır?”
“5 manatdan başlayır”.
“Aşağı yeri yoxdu?” – zarafat eləmək istədim.
“Yox”. 
Qız bundan sonrakı suallarıma da ənənəvi cavabını verdi:
”Yox”.
“Yox” sözləri yağış kimi başıma çırpıldı. Növbəti piştaxtanın yanına çatana qədər bahaçılıq qarışqa kimi içimə daraşdı. Qiymətlər kəllə çarx idi. 
Popkorn satılan yerdə dayanıb dincimi aldım.
“Necə gedir işlər?”
“Qadan alım, aralı dur”.
“Niyə?”
“Aralı dur dana...”
“Niyə axı?”
“Ə, nə niyə? Bizlik döy dana”.
“Nə sizlik deyil?”
“Jurnalistsən?”
“Hə...”
“Bir xəbər elə də, bəlkə, razı deyilik. Niyə çəkirsən?”
“Çəkmədim vallah”.

“Yeri get burdan”.

Qaqaşın sonuncu sözləri çox vurucu oldu və yeyin-yeyin oradan uzaqlaşdım.
“Bir dəqiqə dayan görüm...”

“Mən?”

“Hə...”

Bu yerdə qol-qola girmiş xanımlar yaxınlaşır piştaxtaya və türk oğlandan soruşurlar:

“Kartla ödəniş var?”

“Yox, hayır” – türk oğlan iki dildə də cavab verib gülümsünür.

“Şokolad evi” yazılan yerdə üç xanım dayanıb. Onlar bizi görən kimi göyərçinlər kimi hərəsi bir tərəfə uçur. Aralarında biri nisbətən yaşlıdır, o maskasını daha da yuxarı çəkir. Mənə yaşmaqlanmış dağ kəndlisi kimi gəlir. Maskalı adam da görəndə pandemiya yadıma düşür. Qanım qaralır, bircə yolları açsaydılar, Tiflisə getsəydim deyə xəyallar qururam. 

Xəyallarımda gəzdiyim an oyun oynanılan yerə çatıram. Qıraqdan baxıram, ancaq bu oyuna anlam verə bilmirəm. Mənə bovlinqi xatırladır. Bir oğlan sakitcə çömbəlib telefonda “iqra” oynayırdı.

“Qardaş, neçəyədi bu oyun?”

“Qaqa, gedin...”

“Necə?”

“Cavab vermək istəmirəm”.

Yanındakı yaşlı qadın da onun dediklərini təkrarlayıb bizi yola verir.

Sırayla kabab, dönər, kartof fri satılan yerlərdən keçib “3D” kitab yazılan yerə çatırıq. Deyəsən, elə bu yerdə külək sürətini arıtır. İşıqlı, parıltılı “Soyuq əllər, isti ürəklər”in üstünə bürüyən duman, uzaqdan eşidilən Amerika mahnısı Yeni il filmlərini xatırladır.

“3D” kitabdakı satıcılar da bizi görəndə pərən-pərən düşürlər, biri deyir, mənlik deyil, o biri üzünü gizlədir. 

“3D kitab necə olur?”

Xanım arxasındakı “3D” kitablardan birini götürüb açır və mən onda balaca, üstündə quşların uçduğu, hovuzlu bir ev görürəm.

“Necə gözəldir!” – heyrətlə tamaşa edirəm.

Hicablı xanım isə narazıdır:

“Kitaba maraq zəifdir. Hamının əlində kartof çubuqları, şabalıd” – gülümsünür.

“Endirim var?”

“Bəli. Kitab alanlara öz xüsusi hədiyyələrimiz olur. Özü də uşaqlar üçün”.

Kitab satan xanımın da yanında yavaş-yavaş uzaqlaşıram. “Soyuq əllər, isti ürək”lə sağollaşıram. Bir də gələn il üçün. Uzaqdan adamlar rəngli konfetlərə bənzəyir.

























Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Hamısı