Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.
Ednews xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Mənbə qeyd edib ki, onun vəziyyətində müsbət dinamika müşahidə edilir: “Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir”.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.