Zaqatalada yol-nəqliyyat hadisəsi olub.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Gözbarax kəndində baş verib.
Rayonun Yeni Suvagil kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdulsalam oğlu Qurbanovun idarə etdiyi KIA markalı 99-RA-501 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.
Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü R.Qurbanovu avtomobildən çıxarmaq üçün əraziyə FHN-in Zaqatala rayon DYMH-nin texnikası və yanğınsöndürən xilasediciləri cəlb edilib.
R.Qurbanov avtomobildən çıxarılaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.