Vəziyyəti kritikləşən tanınmış jurnalist Səbuhi Məmmədli M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından Yeni Klinikaya köçürülüb. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Bu barədə Ednews-a TƏBİB-dən bildirilib.
Qeyd edək ki, jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.