Balakəndə ağır yol nəqliyyat hadisəsi baş verib.
Ednews-un yerli bürosu xəbər verir ki, Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ”-dakı 4 sərnişin xəsarət alıb. Onlardan 3-ünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984 cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.