Jurnalist və turizm bloqeri Azər Qəribin adından saxta hesablar açılıb.
Ednews xəbər verir ki, bu barədə bloger sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirib ki, adından yaradılan saxta hesablarla xarici vətəndaşlara, xanımlara mesajlar yazaraq, eşq etirafları edilib. Həmin xanımların bəzilərinin isə vəsaitlərini mənimsəyiblər.
Blogerin sözlərinə görə, həmin şəxs xanımları aldatdıqdan sonra, dərhal profili bağlayıb.
Azər Qərib zərərçəkmişlərin onunla əlaqə saxladığını və məhkəməyə verəcəklərini bildirib.