Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb.
Ednews məlumat verir ki, sürücü Adil Rzayev həmin ərazidə sərnişin düşürmək istəyib. Yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb.
Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının 3-cü tağımının əməkdaşları cəlb olunub.
Sərnişinlər digər avtobusla yola salınıb. Sonra A.Rzayevə məxsus avtobusun hərəkəti bərpa edilib.