Sabiq rəis və işçilərinin məhkəməsi gərgin başladı - Məbləğ AÇIQLANDI

Cəmiyyət 10:05 16.01.2024

Auditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb. 

Ednews  “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib. 

İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova əyləşir. 

Prosesin gedişində onlar tərəfindən mənimsənildiyi deyilən məbləğin miqdarı da açıqlanıb. Bu rəqəm 700 min manatdır. İlk iclasdan məlum olub ki, təqsirləndirilən şəxslər cinayət işinin istintaqından narazı qalıblar. 

V.Rəhimov və F.Novruzovanın vəkilləri digər müttəhim G.Əhmədovanı onların əleyhinə ifadə verməkdə ittiham edib, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər:

“Hesab edirik ki, bu iş üzrə ittiham bir nəfərin ifadəsi üzərində qurulub. Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib. Əhmədova ifadəsində deyir ki, o, Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirib.

Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb.
Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib. İkinci övladı Kütləvi İnformasiya Vasitələrindən birində işləyir. O da deyib ki, xəbərim yoxdur, kartdan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, işlədiyi yerin binasındakı bankomatdan pul çıxarılıb. Bundan başqa, üçüncü övladı da “xəbərim yoxdur” deyir. Amma özü banka gedib kartdan 18 min manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır”. 

Müdafiə tərəfinin dediyinə görə, Palatada neqativ hallar daha çox pandemiya dövrü və Vətən müharibəsindən sonraya təsadüf edib.

Vəkillərin arqumentinə əsasən, bu, ondan irəli gəlir ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub və özü təxminən bir il işlərindən uzaqlaşmaq məcburiyyətində qalıb. Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ halları aşkar edib, bu barədə rəhbərliyə məlumat verib. Bundan sonra komissiya təşkil edilib, lakin ekspertiza keçirilməyib, araşdırma çox primitiv aparılıb. 

Təqsirləndirilən Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib. 

Vəkil deyib ki, G.Əhmədovanın övladları da bu işdə iştirakçı olublar. Müdafiəçi həmçinin ilkin istintaqda müvəkkilinin müdafiə hüquqlarının pozulduğunu bildirib: “Fəridə Novruzovanı aldadıb sənədlərə qol çəkdiriblər, yanında vəkil olmayıb. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və cinayət işinə xitam verilməlidir”. 

Rəhimov və Novruzovanın ittiham etdiyi Gövhər Əhmədovanın vəkili isə cinayət işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. Vəkil  bildirib ki, müvəkkilinin uşaqlarının ünvanına səsləndirilən fikirlərin heç bir əsası yoxdur. 
Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərarı elan edib. Qərara əsasən, iş məhkəmə baxışına verilib. 

Proses yanvarın 26-da davam edəcək. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər biri barəsində istintaq dövrü müddəti üçün həbsə alternativ qətimkan tədbiri seçilib. 

Məlumat üçün bildirək ki, Vəli Rəhimovun baş leytenant olan 1993-cü il təvəllüdlü oğlu Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı