Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub.
Ednews-un Cənub bürosunun məlumatına görə, transformator tamamilə yanaraq, yarasız hala düşüb.
Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb. Bu gün aidiyyatı qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.