Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri, eləcə də din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ednews xəbər verir ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.