Zaqatalada restoranda yanğın olub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, restoranın ərazisində ümumi sahəsi 120 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.
Restoran və ərazidə olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.