İşğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərinə güclü qar yağıb.
Ednews xəbər verir ki, gecədən yağmağa başlayan qar qısa müddətdə kəndləri bəmbəyaz edib.
Əvvəlcə narın qar müşahidə edilsə də, qısa müddətdə yağıntı güclənib. Qarın yağması Qarabağ kəndlərində xüsusilə cəlbedici olub. Uzun illərdir yurd həsrəti ilə yaşayan sakinlər qışın qar sevincini öz kəndlərində yaşayır.
Qarabağın Talış və Suqovuşan kəndlərinə yağan qarlı fotoları və videonu təqdim edirik:
Oğuz