13 yaşında fəhlə işləyən, 34 yaşında general olan Həzi Aslanov haqqında Maraqlı faktlar

Cəmiyyət 15:30 24.01.2024

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür. Ednews onun haqqında maraqlı faktları təqdim edir.

- Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib.

- 13 yaşında atasını itirən Həzi ev başsız qalmasın qollarını çırmalayıb işə girişib. Əvvəl kərpic zavodunda fəhlə işləyib, sonra isə onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndəriblər.

-  Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilən Həzi qısa müddət Zaqafqaziya hərbi hazırlıq məktəbinin “Rota” qəzetinin redaktoru olub. 1937-ci ildə isə Ukrayna SSRİ-nin Obris şəhər sovetinin deputatı seçilib. 

- 1933-cü ildə həyat yoldaşı Xavər xanımla Lənkəranın Gərmətük qəsəbəsində tanış olublar. Xavər xanım xatirələrində həmin günü belə qeyd edib: “1933-cü ilin yazı idi, alça ağacının gül açan vaxtı idi. Pəncərə önündə oturmuşdum. Birdən gördüm bir hərbiçi mənə baxır. İki gündən sonra mənə elçi gəldi. Onlar məni Həzi üçün istədilər”. Həzi Aslanov 1933-cü ildə ailəsini də özü ilə Obris şəhərinə aparır. Onun Xavər xanımla evlilikdən 1934-cü ildə Tofiq, 1938-ci ildə Arif adlı oğlanları dünyaya gəlir.

- Həzi Aslanov hərbçi kimi zəhmli və sərt olsa da, onu tanıyanlar Həzinin həddən artıq zarafatcıl və yumor hisli olduğunu, tez-tez zarafatlar etdiyini söyləyiblər.

- 32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında general olub. 1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir. Xatırladaq ki, Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub.

- 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranan zaman, Mircəfər Bağırov onu Azərbaycanın Müdafiə Naziri təyin etmək haqqında fikir bildirib. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.

- Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan olur. O Həzi Aslanova deyir “Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

- Həzi Aslanov 1941-ci ildə Tulada bütün ailə üzvlərini itirən bacı-qardaşın ağladığını görür. Uşaqların kimsəsiz qaldığını öyrənən Həzi niyə uşaqları uşaq evinə aparılmadığını soruşur. Ona uşaq evində yer olmadığı deyilir. Bütün işini-gücünü atıb uşaqları özü uşaq evinə aparır və yerləşdirir. Tez-tez bu uşaqlara baş çəkir. Bir gün qız ağlayaraq Həzi Aslanovu qucaqlayıb qardaşının öldüyünü bildirir. O, dərhal tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, universitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir.

- Başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edirdi, ölümdən qorxmurdu. Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.

- Həzi Aslanov yaralı olduğu zaman həkimi, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, yardıma gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər:

"Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Biz qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq". 

Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur.

Oğuz 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı