"1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır”.
Ednews xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.
Vüqar Behbudov həmçinin əlavə edib ki, sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.